Ousman N’Doye: “Neftçi” ilə cavab matçının keçirilməsinə ehtiyac yoxdur”
21.07.2008 - 11:18
Ousman N’Doye: “Neftçi” ilə cavab matçının keçirilməsinə ehtiyac yoxdur”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” ilə cavab oyununun keçirilməsinə ehtiyac yoxdur”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun futbolçusu Ousman N’Doye deyib. İntertoto kubokunun üçüncü mərhələsini ilk matçında “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan vasluililərin afrikalı legioneri komandasının artıq UEFA kubokunda olduğunu düşünür: “Bizim qələbə qazanmalıyıq. Birincisi, bu zəruridir. İkincisi, çoxları mənim ilk oyunda yerimdən tərpənmədiyimi deyir. Hər şeyə düzgün qiymət vermək lazımdır. Biz həqiqətən yaxşı oynadıq. Əminəm ki, UEFA kubokuna biz çıxacağıq. Çünki biz “Neftçi”nin oyunçularından daha güclüyük. “Vaslui”nin İntertoto kubokunun qalibi olduğunu söyləmək üçün cavab qarşılaşmasını keçirilməsini gözləmək də lazım deyil”.
0