Bojan Mixayloviç: “Rabotniçki” “İnter”lə cavab matçına heç hazır deyil”
21.07.2008 - 12:40
Bojan Mixayloviç: “Rabotniçki” “İnter”lə cavab matçına heç hazır deyil”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Rabotniçki” “İnter”lə cavab matçına heç hazır deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Makedoniyanın “Rabotniçki” klubunun oyunçusu Bojan Mixayloviç deyib. Təcrübəli futbolçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin Bakının “İnter” klubu ilə cavab qarşılaşmasında ehtiyatlı olmağı düşünür: “İlk oyunda əldə etdiyimiz nəticə bizə cüzi üstünlük verir. Lakin bunu bir anda itirə də bilərik. Çoxları ilk dəqiqələrdən hücuma atılıb erkən qolla cütün taleyini həll etməli olduğumuzu düşünür. Lakin mən belə fikirləşmirəm. Bu taktika bizə baha başa gələ bilər. Qalib gəlib ikinci mərhələyə yüksəlmək üçün sakit oyun oynayıb, irəli atılmamalıyıq. Belə etsək mərhələ adlamaq şanslarımız çox olar”.
Qeyd edək ki, “İnter”lə “Rabotniçki” arasında iyulun 15-də keçirilən ilk matç 0:0 hesabı ilə nəticələnmişdi.
0