Asim Xudiyev: “Belarusluların şikayəti əsassızdır”
21.07.2008 - 14:10
Asim Xudiyev: “Belarusluların şikayəti əsassızdır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “UEFA kubokunda təyinat aldığım “MTZ-RİPO” – “Jilina” oyununda hakimlik qənaətbəxş idi. Belarusluların hakimliklə bağlı şikayəti əsassızdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev deyib. Minskdə 2:2 hesabı ilə nəticələn oyunda hakim-inspektor olan həmyerlimizin sözlərinə görə, bosniyalı Sinişa Zrniçin başçılıq etdiyi hakimlər üzərinə düşən vəzifənin öhdəsindən gəliblər: “Zrniç və köməkçilərinin nəticəyə təsir edən səhvləri olmayıb. Görüş də belarusluların dediyi kimi 100 dəqiqə davam etməyib. Hakim ikinci hissəyə 10 yox, 6 dəqiqə əlavə etdi. “Jilina” 90+6-cı dəqiqədə penalti zərbəsindən sonra hesabı bərabərləşdirdi. Penaltiyə qalsa, Zrniç slovakiyalıların da qapısına 11 metrlik cərimə zərbəsi təyin etmişdi. “MTZ-RİPO” da rəqibi kimi bundan istifadə edib, qol vurdu. Hakimin təyin etdiyi hər iki penalti düzgün etdi”.
0