“Bakı” “Slaviya” klubunu məğlubiyyətə uğradıb
21.07.2008 - 14:15
“Bakı” “Slaviya” klubunu məğlubiyyətə uğradıb
Ptuj. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu Sloveniyadakı hazırlıq prosesində ilk qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi Bosniya və Herseqovina çempionatını ötən mövsüm 8-ci yerdə “Slaviya” klubunu 3:1 hesabı ilə məğlub edib. Sarayevo şəhərini təmsil edən komandanın qapısından qolları hücumçular - Bəxtiyar Soltanov, argentinalı Fernando Peres və makedoniyalı Georgi Xristov vurub. “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacievski ilk dəfə şans verdiyi 32 yaşlı həmyerlisi debütünü qolla qeyd edib.
Qeyd edək ki, komandamız Sloveniyada ilk yoxlama oyununda yerli “Drava” klubuna 0:1 hesabı ilə uduzub.
0