Andrey Şevçenko son 10 ildə İngiltərə Premyer Liqasının ən zəif hücumçusu seçilib
21.07.2008 - 16:37
Andrey Şevçenko son 10 ildə İngiltərə Premyer Liqasının ən zəif hücumçusu seçilib
Bakı - APA-Sport. Ukrayna yığmasının və “Çelsi” klubunun üzvü Andrey Şevçenko son 10 ildə İngiltərə Premyer Liqasının ən zəif hücumçusu seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, 32 yaşlı futbolçu 1998-2008-ci illər aralığında İngiltərə çempionatında çıxış edən həmkarlarının hamısından geri qalıb. İki il öncə “Milan”dan 30 milyon funt-sterlinq müqabilində “Çelsi”yə transfer olunan A.Şevçenko yeni komandasında özünü heç cür göstərə bilməyib. O, 2 ildə London klubunun heyətində 49 oyuna çıxıb və cəmi 9 qol vurub. A.Şevçenkodan başqa, ən zəif hücumçuların siyahısında fransalı Cibril Sisse, rumıniyalı Adrian Mutu, ukraynalı Sergey Rebrov və ispaniyalı Xose Reyes də yer alıb.


0