Slavişa Yokanoviç: “Azərbaycan çempionunu qiymətləndirməsək, Serbiya yığmasının aqibətini yaşayarıq”
28.07.2008 - 17:47
“İnter”in ilk təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubları ilə oyunlarını izləyən 40 yaşlı serbiyalı mütəxəssis komandamızın oyununu belə xarakterizə edib: “Rəqibimizin ilk mərhələdəki oyunlarını izləyən bir məşqçi kimi onu deyə bilərəm ki, komanda açıq futbol oynayır və çox hücum edir. “İnter” hücumçularına çoxlu uzun ötürmələr verir və bunun vasitəsilə topu rəqib meydanına keçirir. Bir çox oyun epizodlarında təhlükəli ola bilər. Müdafiədə çoxlu intizamlı oyun nümayiş etdirir. Bunun da nəticəsində komanda iki oyuna cəmi bir qol buraxıb”. Futbolçu karyerası boyu “Çelsi”də çıxış edən S.Yokanoviç avqustun 6-da Belqradda keçiriləcək cavab görüşünə üstün durumda çıxmağın vacibliyini söyləyib: “İlk olaraq “İnter” səddini aşmalıyıq. Bizi postsovet məkanının təmsilçisi sınağa çəkəcək. Azərbaycan komandasının qiymətləndirməmək olmaz. Əks təqdirdə, Serbiya yığmasının aqibətini yaşayarıq. Serbiya millisi beş il öncə elə Bakıda Azərbaycan yığmasına uduzdu. Futbolçularımızı nəyə qadir olduqlarını göstərmək istəyi böyükdür. Onların hamısı müdafiə futbolu oynamaq fikrində olmadıqlarını qeyd edirlər. Biz iki oyunun nəticəsinə görə “İnter”də üstün olmalıyıq”.
0
0