“Neftçi”də ispaniyalı hücumçu
04.08.2008 - 14:18
“Neftçi”də ispaniyalı hücumçu
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubu baxışa ispaniyalı hücumçu çağırıb. “APA-Sport” agentliyinin məlumatına görə, hücumçu axtarışında olan komandanın baş məşqçisi Anatoli Demyanenko İspaniyanın aşağı liqasında oynamış Xavi Lezaunu sınaqdan keçirir. Ukraynalı mütəxəssisin “Bakı” ilə yoxlama oyununun ikinci hissəsində meydanda buraxdığı hücumçu öz sözünü deyib. Belə ki, Azərbaycanda çıxış edən ilk ispaniyalı futbolçu ola bilən X.Lezaun debütünü qolla qeyd edib. A.Demyanenko yeni hücumçu ilə bağlı son qərarını bir neçə günə deyəcək. X.Lezaunla yanaşı, gürcüstanlı hücumçu Georgi Çelidze də “Neftçi”də qol hesabını açıb. “Bakı”dan da fərqlənənlər legionerlər olub. Fernando Peres, Amiran Muciri, Əhməd Ticani və Fabio Luis Ramim vurduğu qollarla komandalarının ikinci turda avqustun 16-da görüşəcəyi “Neftçi” üzərində 4:2 hesablı qələbəsini rəsmiləşdirib.
0