Babək Quliyev Avstriya - İslandiya oyununu idarə edəcək
04.08.2008 - 14:37
Babək Quliyev Avstriya - İslandiya oyununu idarə edəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanlı FİFA hakimi Bəbək Quliyevə yeni təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, 34 yaşlı beynəlxalq dərəcəli hakimimiz Avropa çempionatının seçmə mərhələsində Avstriya və İslandiyanın olimpiya yığmalarının oyununda idarəçilik edəcək. Sentyabrın 5-də Avstriyanın Şvats şəhərində keçiriləcək görüşdə ona FİFA hakim-köməkçiləri Ramiz Əsədovla Mehman Mahmudov yardımçı olacaq. Ehtiyat hakim funksiyasını sabiq FİFA hakimi Zöhrab Qədiyev yerinə yetirəcək. Bu, üç illik cəzadan sonra hakimliyə qayıdan 44 yaşlı Z.Qədiyevin ilk dəfə beynəlxalq miqyasda təyinatıdır.
Qeyd edək ki, UEFA-nın istedadlı hakimlər qrupuna daxil edilən B.Quliyev son iki ayda artıq üçüncü təyinatını alıb. O, bunadək İntertoto və UEFA kuboku oyunlarında idarəçilik edib.
0