Milli komandanın hazırlıq planı təsdiqləndi
04.08.2008 - 15:16
Milli komandanın hazırlıq planı təsdiqləndi
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandasının Avropa çempionatının pley-off mərhələsinə hazırlıq planı təsdiqlənib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin sözlərinə görə, qarşılıqlı razılaşmaya əsasən, avqustun 17-də Belarus yığması Bakıya gələcək. Qonaqların ölkəmizə səfəri bir həftə nəzərdə tutulub. Avqustun sonunda isə Rusiyanın ən titullu klubu “Uraloçka” əfsanəvi mütəxəssis Nikolay Karpolun rəhbərliyi altında qonağımız olacaq. Yığmamız hər iki komanda ilə yoxlama oyunları keçirəcək. Bu məqsədlə yaxınlarda Türkiyənin “Türk Telekom” klubu ilə müqavilə bağlayan Natalya Məmmədova gələn həftə yığmaya qoşulacaq.
Qeyd edək ki, Faiq Qarayevin başçılıq etdiyi milli komandamız Avropa çempionatının pley-off mərhələsində Yunanıstanla qarşılaşacaq. İlk oyun sentyabrın 6/7-də Bakıda, cavab matçı bundan bir həftə sonra səfərdə keçiriləcək.
0