“Xəzər-Lənkəran”: Bəxtiyar Musayevlə Vüsal Cəlilov bir neçə futbolçunun müqavilə qarşılığında aldıqları pullara ortaq olub
04.08.2008 - 16:30
“Xəzər-Lənkəran”: Bəxtiyar Musayevlə Vüsal Cəlilov bir neçə futbolçunun müqavilə qarşılığında aldıqları pullara ortaq olub
“Uğursuzluğun səbəblərini araşdırarkən məlum olub ki, bəzi futbolçularımızın klubumuz və ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan matçlara qeyri-peşəkar yanaşması məhz klubun daxilindən qaynaqlanıb. Konkret olaraq, bir neçə futbolçunun müqavilə qarşılığında aldıqları pullara ortaq olmuş klubun seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev və komandanın rəisi Vüsal Cəlilovun bu hərəkətləri komandadakı atmosferi pozmuşdur. Adıçəkilən şəxslər eyni zamanda vəzifələrindən dərhal azad olunublar. Təəssüf ki, bu cür xoşagəlməz halların müqabilində bütün ölkəmizin beynəlxalq arenada azarkeşlik etdiyi klubumuzun çıxışı acınacaqlı oldu. Rəhbərlik olaraq, yeni baş məşqçi Rasim Karanın komandadakı atmosferi yenidən yüksək səviyyəyə çatdıracağına inandığımızı bildiririk”.
0