Daha bir makedoniyalı hücumçu Azərbaycana gəlir
04.08.2008 - 18:27
Daha bir makedoniyalı hücumçu Azərbaycana gəlir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu makedoniyalı hücumçunu baxışa çağırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, 19 yaşlı Besart İbraimi bu gecə ölkəmiz gələcək: “İbraimi alban əsilli Makedoniya vətəndaşıdır. Onu bizə təklif edəndən sonra makedoniyalı baş məşqçimiz Qyoko Hacievski ilə birgə oyununa baxdıq. Ona dəvət göndərib, sınaqdan keçirməyi qərara aldıq”. Z.Məmmədov B.İbraiminin transferini daha çox gələcəyə hesablanmış addım sayır: “O, gənc, perspektivli futbolçudur. Ancaq təbii ki, İbraimi özünü yaxşı tərəfdən göstərsə, onun əsas komandaya cəlb edilməsi mümkündür”.
Qeyd edək ki, Q.Hacievskinin mövsümlərarası fasilədə “Bakı”ya transfer etdiyi hücumçular həmyerliləri Georgi Xristovla Draqan Naçevski olub.
0