Berti Foqts Azərbaycana avqustun 7-də qayıdacaq
04.08.2008 - 18:32
Berti Foqts Azərbaycana avqustun 7-də qayıdacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts avqustun 7-də Bakıya qayıdacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis Premyer Liqada yeni mövsüm başlayana qədər geri dönəcək. Avrokuboklarda “İnter”, “Neftçi” və “Xəzər-Lənkəran”ın səfər oyunlarını izləyən B.Foqtsun Azərbaycan çempionunun daha bir görüşünü izləyəcəyi gözlənilir. Bu, “İnter”in turnirin ikinci təsnifat mərhələsində avqustun 6-da Belqradda “Partizan”la keçirəcəyi cavab oyunudur. B.Foqts qayıdandan sonra yığmanın səfər matçları ilə bağlı hazırladığı hesabatla AFFA rəhbərliyi qarşısında məruzə edəcək. Premyer Liqanın ilk iki turunda əsas oyunları izləyəcək almaniyalı bundan sonra milli üzvlərini bir araya gətirib, avqustun 20-də İslandiya yığması ilə səfərdə keçiriləcək yoldaşlıq görüşünə hazırlıq keçəcək.
Qeyd edək ki, B.Foqstun ölkəmizə avqustun 5-də dönəcəyi planlaşdırılırdı.
0