“Xəzər-Lənkəran” “Neftçi”ni qabaqladı
04.08.2008 - 18:43
“Xəzər-Lənkəran” “Neftçi”ni qabaqladı
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycanda ən çılğın azarkeş kütləsinə malik futbol klubunun adı məlum olub. “APA-Sport” agentliyinin internet saytında keçirilən səsvermə nəticəsində “Xəzər-Lənkəran” hamıdan üstün olub. Səsverməyə rekord sayda – 2836 nəfər qatılıb. Onların 1691 nəfəri (59,63 faiz) Lənkəran komandasının xeyrinə səs verib. Ölkəmizin ən titullu klubu “Neftçi”yə isə “Xəzər-Lənkəran”a dəstək verənlərlə müqayisədə yarıdan da az - 829 nəfər (29,23 faiz) səs göndərib. Ümumiyyətlə, respondentlərin əksəriyyəti məhz bu iki klubu fərqləndiriblər. Üçüncü yeri 3,63 faiz səslə (103 nəfər) Tovuzun “Turan” komandası tutub. Digər klublarımıza gəldikdə, “İnter” (Bakı) 2,19 faiz (62 nəfər), “Karvan” (Yevlax) 1,83 faiz (52 nəfər), “Qəbələ” 1,48 faiz (42 nəfər), “Bakı” 1,02 faiz (29 nəfər), “Qarabağ” 0,46 faiz (13 nəfər) səs toplayıb. Sorğuya qatılanların 0,53 faizi (15 nəfər) isə cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.
0