Murad Məmmədov Qazaxıstan – Polşa oyununa təyinat alıb
05.08.2008 - 10:17
Murad Məmmədov Qazaxıstan – Polşa oyununa təyinat alıb
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Murad Məmmədov Qazaxıstana yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, beynəlxalq dərəcəli hakim-inspektorumuzun səfəri yeni təyinat alması ilə bağlıdır. M.Məmmədov Qazaxıstanla Polşanın olimpiya yığma komandalarının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində rəsmi oyununu idarə edəcək hakimlərin işinə qiymət verəcək. Avqustun 19-da Almatıda keçiriləcək rəsmi görüşə təyinat alan hakimlərin adları hələ açıqlanmayıb.
Qeyd edək ki, M.Məmmədov son iki ayda İntertoto və UEFA kuboku oyunlarına təyinat alıb.
0