“İnter” hücumçularını Serbiyaya aparmayıb
05.08.2008 - 12:26
“İnter” hücumçularını Serbiyaya aparmayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu legionerlərindən ikisini Serbiyaya aparmayıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın baş məşqçisi Valentin Xodukin bildirib ki, uruqvaylı hücumçu Roman Quello ilə Qoran Arnaut sağlıq durumundakı problemlərə görə Bakıda qalıblar: “Arnaut Almaniyaya müayinəyə yollanacaq. Dabanında zədəsi olan Roman Quelloni isə “Partizan”la Belqraddakı oyuna hazırlayırdıq. Ancaq məşqdə etdiyi hərəkət nəticəsində ayağı burxulan Roman yenidən sıradan çıxdı”. V.Xodukin “Rabotniçki” ilə cavab görüşündə (1:1) vurduğu yeganə qolla “İnter”ə ikinci mərhələyə çıxaran çexiyalı yarımmüdafiəçi Bronislav Çervenkanın sabah meydana çıxmasının sual altında olduğunu söyləyib: “Çervenkanı “Partizan”la ilk görüşdə zədə üzündən oynada bilmədim. Dayaq yarımmüdafiəçi ilə bağlı problemimiz var və Bronislavın Belqradda meydana çıxa biləcəyinə ümid edirik. Hər halda, həkimlərimiz onu oyunadək sağaltmağa çalışırlar”.
Qeyd edək ki, “Rabotniçki” ilə səfər matçında birbaşa qırmızı alan uruqvaylı hücumçu Valter Quqlemonun cəza müddəti başa çatmadığı üçün “İnter”ə yenə kömək edə bilməyəcək.








0