“İnter” Çempionlar Liqasında mübarizəni dayandırdı
07.08.2008 - 10:15
“İnter” Çempionlar Liqasında mübarizəni dayandırdı
Bakıda 1:1 hesablı heç-heçə edən komandamız Belqradda 0:2 hesabı ilə uduzub. “Partizan”ın legionerləri – Juca 62-ci, Lamin Diarra 84-ci dəqiqədə “İnter”in qapısına vurulan qolların müəllifləri olub. Bununla, ÇL-də ilk məğlubiyyətini alan “İnter” də “Şəmkir” və “Neftçi” kimi mübarizəni elə ikinci mərhələdən sonra dayandırıb.
Qeyd edək ki, “İnter” ÇL-nin ilk mərhələsində “Rabotniçki” (Makedoniya) klubunu səfərdə vurduğu qol (0:0 və 1:1) hesabına keçib.











0