“Barselona” klubunun hücumçusu Azərbaycanla yoldaşlıq görüşünə dəvət alıb
13.08.2008 - 15:45
“Barselona” klubunun hücumçusu Azərbaycanla yoldaşlıq görüşünə dəvət alıb
Belə ki, heyət üzvlərinin 14-ü ölkədən kənarda çıxış edir. Eyni zamanda, İspaniyanın “Barselona” klubunun şərəfinmi qoruyan Eydur Qudyonssen də Azərbaycanla matça dəvət alıb. Ümumiyyətlə, onun da yer aldığı hücum xəttində futbolçuların çoxluğu diqqəti cəlb edir. O.Yohanesson milli komandamızla görüş ərəfəsində 7 hücumçuya dəvət göndərib.

Qapıçılar: Kyartan Sturluson (“Valur”, 1975), Stefan Maqnusson (“Reykyavik”, 1980)
Müdafiəçilər: Hermann Hreydarsson (“Potsmut”, İngiltərə, 1974), Kristian Siqurdsson (“Brann”, Norveç, 1980), Qretar Steynsson (“Bolton”, İngilətərə, 1982), Raqnar Siqurdsson (“Höteborq”, İsveç, 1986), Birkir Sevarsson (“Valur”, 1984), Byarni Eriksson (“Valur”, 1982)
Yarımmüdafiəçilər: Stefan Qislason (“Brondbü”, Danimarka, 1980), Olafur Skulason (“Helsinborq”, İsveç, 1983), Palmi Palmason (“Stabak”, Norveç, 1984), Aron Qunnarsson (“Koventri”, İngiltərə, 1989), Holmar Runarsson (“Keflavik”, 1981)
Hücumçular: Eydur Qudyonsen (“Barselona”, İspaniya, 1978), Qunnar Porvaldsson (“Esbyerq”, Danimarka, 1982), Marel Baldvinsson (“Breydablik”, 1980), Emil Hallfredsson (“Recina”, İtaliya, 1984), Teodor Byarnason (“Lyun”, Norveç, 1987), Arnor Smarason (“Herenven”, Hollandiya, 1988), Yohan Qudmundsson (HAİS, İsveç, 1977)
0