“Xəzər-Lənkəran” klubu sabah “Beşiktaş”la yoldaşlıq görüşü keçirəcək
15.08.2008 - 14:00
Matç avqustun 16-da Bakı vaxtı ilə saat 22:00-da İstanbulun “İsmət İnönü” stadionunda başlanacaq. Bu gün İstanbula yollanan lənkəranlılar axşam saatlarında qarşılaşmanın baş tutacağı arenada məşqə çıxacaqlar. “Beşiktaş” klubu da İstanbula bu gün dönüb. Türkiyəlilər UEFA kubokunun ikinci təsnifat mərhələsində avqustun 14-də Bosniya və Herseqovinada yerli “Şiroki Briyeq”i məğlub ediblər (2:1). İndiyədək “Beşiktaş” Azərbaycan klubları cəmi bir dəfə yoxlama matçı oynayıb. 2004-cü ilin avqustunda yeni yaranan “Karvan” səfərdə 1:2 hesablı məğlubiyyətə düçar olmuşdu.
Qeyd edək ki, O.Dərəlioğlu “Beşiktaş”da 6 il ərzində 153 oyuna 73, “Xəzər-Lənkəran”da isə 2004/05 mövsümündə 21 matça 17 qol vurub.
Qeyd edək ki, O.Dərəlioğlu “Beşiktaş”da 6 il ərzində 153 oyuna 73, “Xəzər-Lənkəran”da isə 2004/05 mövsümündə 21 matça 17 qol vurub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0