Azərbaycan futbol yığmasının rəqibi bu il keçirdiyi 4 oyunun 3-də qalib gəlib
15.08.2008 - 15:28
Azərbaycan futbol yığmasının rəqibi bu il keçirdiyi 4 oyunun 3-də qalib gəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. Avqustun 20-də Azərbaycanın futbol üzrə milli komandası ilə qarşılaşacaq İslandiya bu il keçirdiyi 4 yoldaşlıq görüşünün 3-də qalib gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, Olafur Yohannessonun rəhbərlik etdiyi kollektiv bu qələbələrdən birinə səfərdə nail olub. Öncə doğma meydanda Ermənistan və Farer adalarını üstələyən islandiyalılar Slovakiyada da yaxşı təsir bağışlayıblar. Amma ada futbolçuları son matçda məğlubiyyətlə barışıblar. Onlar Uelsə yığmasına qarşı oyunda minimal hesabla uduzublar.

İslandiya milli komandasının bu il keçirdiyi oyunlar:

6 fevral 2008-ci il. İslandiya – Ermənistan 2:0
16 mart 2008-ci il. İslandiya – Farer adaları 3:0
26 mart 2008-ci il. Slovakiya – İslandiya 1:2
28 may 2008-ci il. İslandiya – Uels 0:1
0