Azərbaycan yığmasının futbolçusu “Srvena Zvezda” klubunun heyətində Serbiya çempionatında ilk oyuna çıxıb
18.08.2008 - 11:22
Azərbaycan yığmasının futbolçusu “Srvena Zvezda” klubunun heyətində Serbiya çempionatında ilk oyuna çıxıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Serbiya çempionatının güclülər dəstəsində keçirilən ilk turun “Voyvodina” – “Srvena Zvezda” matçında qonaq komandanın heyətində ilk çempionat oyununa çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı hücumçunun çıxış etdiyi Belqradın “Srvena Zvezda” klubu “Voyvodina”ya 0:2 hesabı ilə məğlub olub. Səfərdə keçirilən qarşılaşmada millimizin serbiyalı futbolçusu start heyətində meydana çıxaraq 90 dəqiqə mübarizə aparıb. Futbolçuların oyununu 10 ballıq sistemlə qiymətləndirən Serbiya mətbuatı B.Subaşiçi 7 bala layiq görüb. Yığmamızın hücumçusu “Srvena Zvezda”nın heyətində ən yüksək qiymət alan 3 oyunçudan biri olub. Belqradlılar növbəti oyununu avqustun 23-də səfərdə “Banat”a qarşı keçirəcəklər.


0