“Neftçi” klubu Böyükağa Ağayevin rəhbərliyi altında qol buraxmır
01.09.2008 - 12:11
“Neftçi” klubu Böyükağa Ağayevin rəhbərliyi altında qol buraxmır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” komandası Böyükağa Ağayevin rəhbərliyi altında qol buraxmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, avqustun 30-da Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Simurq”a (0:0) qarşı keçirilən matç B. Ağayevin flaqmandakı üçüncü oyunu olub. Belə ki, paytaxt klubu 15 il öncə də müvəqqəti bu məşqçiyə tapşırılıb. Buna həmin vaxt Sergey Kramarenkonun “Neftçi”nin baş məşqçi postundan istefa verməsindən sonra ehtiyac yaranıb. B. Ağayevin çalışdırdığı komandanın 1993-cü il mayın 8-də səfərdə “Turan”la görüşü heç-heçə nəticələnib - 0:0. Bundan bir həftə sonra isə bakılılar “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, ötən həftə “Neftçi”nin boş qalmış baş məşqçi postuna almaniyalı Hans-Yurgen Gede təyin olunub. Vaxt qıtlığı nəzərə alındığından, flaqmanı “Simurq”la matça B. Ağayev çıxarıb.
0