Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın püşkü atılıb
01.09.2008 - 14:11
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın püşkü atılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün AFFA-nın mənzil-qərargahında XVII Azərbaycan kuboku uğrunda yarışın püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, 2008/09 mövsümündə bu turnirdə 18 komanda qüvvəsini sınayacaq. Premyer Liqada çıxış edən 14 klubla yanaşı, birinci divizionun 4 təmsilçisi mükafat uğrunda mübarizəyə qoşulacaq. “Göyəzən”, “Ədliyyə”, “Energetik” və “Şahdağ” isə kuboka qatılmaqdan imtina edib. Kubokun iştirakçıları ötən mövsüm çempionatda tutduqları yerlərə əsasən 4 səbətə bölünüb. I səbətdə “İnter”, “Olimpik”, “Neftçi”, “Xəzər-Lənkəran”, II səbətdə “Qarabağ”, “Qəbələ”, “Simurq”, “Bakı”, III səbətdə “Standard”, “Karvan”, “Turan”, “Bakılı”, MOİK, NBC, IV səbətdə isə “ABN-Bərdə”, “Anşad-Petrol”, “Spartak” və “Qafqaz Universiteti” yer alıb. Birinci divizion təmsilçiləri yarışa 1/16 finalda başlayacaqlar.

1/16 final, 17-18 və 24-25 sentyabr 2008-ci il

1. ABN (Bərdə) – “Spartak” (Quba)
2. “ANŞAD-Petrol” (Neftçala) – “Qafqaz Universiteti” (Bakı)

1/8 final, 29-30 oktyabr və 5-6 noyabr 2008-ci il

3. “İnter” (Bakı) – “Standard” (Bakı)
4. “Simurq” (Zaqatala) – 1-ci cütün qalibi
5. “Qəbələ” – “Turan” (Tovuz)
6. “Olimpik” (Bakı) – “Karvan” (Yevlax)
7. “Xəzər-Lənkəran” – NBC (Salyan)
8. “Bakı” – 2-ci cütün qalibi
9. “Qarabağ” (Ağdam) – “Bakılı”
10. “Neftçi” (Bakı) – MOİK

1/4 final, 4-5 mart və 11-12 mart 2009-cu il

11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

1/2 final, 29-30 aprel və 6-7 may 2009-cu il

15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

Final, 23 may 2009-cu il
0