Türkiyəli futbolçu Necati Ateş İspaniyanın ikinci liqa komandasına icarəyə verilib
01.09.2008 - 14:36
Türkiyəli futbolçu Necati Ateş İspaniyanın ikinci liqa komandasına icarəyə verilib
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Necati Atəş karyerasını İspaniyada davam etdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, təcrübəli hücumçu bu ölkənin ikinci liqasında yarışan “Real Sosyedad” klubuna icarəyə verilib. Müqavilə ilə “Qalatasaray”a məxsus olan 28 yaşlı hücumçu Pireney yarımadasında bir il çıxış edəcək.
Qeyd edək ki, karyerasının qürub çağını yaşayan N. Atəş 2007/08 mövsümündə icarə əsasında “Ankaraspor” və “İstanbul B.B.” komandalarında oynayıb.
0