Azərbaycan çempionatının birinci divizionu sentyabrın 6-da start götürəcək
01.09.2008 - 14:49
Azərbaycan çempionatının birinci divizionu sentyabrın 6-da start götürəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün Azərbaycan futbol çempionatının birinci divizionunun püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, püşkatmada 8 komanda iştirak edib. Turnirin yeganə debütantı “Qafqaz Universiteti” komandasıdır. Bu mövsüm 8 komanda 4 dövrədə mübarizə aparacaq. Birinci yerin sahibi birbaşa Premyer Liqaya yüksələcəyi halda, ikinci yeri tutan kollektiv yüksək dəstədə 11-ci pillədə qərarlaşan komanda ilə pley-off oyunları keçirəcək. Birinci divizion sentyabrın 6-da start götürəcək.

I tur, 6-7 sentyabr

“Energetik” (Mingəçevir) – “ANŞAD-Petrol” (Neftçala)
“Şahdağ” (Qusar) – “Göyəzən” (Qazax)
“Ədliyyə” (Bakı) – “Spartak” (Quba)
ABN (Bərdə) - “Qafqaz Universiteti” (Bakı)


0