Elxan Məmmədov: “Hans-Yurgen Gede milli komandadakı vəzifəsindən azad olunub”
01.09.2008 - 15:58
Elxan Məmmədov: “Hans-Yurgen Gede milli komandadakı vəzifəsindən azad olunub”
Assosiasiya rəsmisi bildirib ki, H. Gedenin istefasına onun “Neftçi” ilə anlaşması səbəb olub: “Hələ Gede ilə danışıqlara başlamamışdan onun AFFA ilə müqaviləsi olduğunu nəzərə alan “Neftçi” rəhbərliyi bizdən icazə alıb. Öz növbəmizdə biz də Berti Foqtsa müraciət etdik və o razılıq verdi. Müqaviləyə əsasən, yığmanın məşqçisinin klubda da çalışması qeyri-mümkündür. Buna görə Gede artıq milli komandanın məşqçisi vəzifəsindən azad olunub. İndi Foqts özünə yeni köməkçi axtarır”. E. Məmmədov flaqman rəsmilərinin H. Gedenin iş üslubunu bəyəndiyini vurğulayıb: “Neftçi”nin almaniyalı məşqçi ilə müqavilə bağlaması klubun AFFA-nın məsləhəti ilə bu addımı atması anlamına gəlmir. Assosiasiya klubların işinə qarışmaq fikrində deyil. “Neftçi” rəhbərliyi və bu komandanın yığmadakı üzvləri Hans Yurgen Gedenin necə məşq keçdiyini görüblər və onunla anlaşmaq fikrinə düşüblər”.
0