Uels yığmasının kapitanı Kreyq Bellami Azərbaycana qarşı oynamayacaq
01.09.2008 - 17:22
Uels yığmasının kapitanı Kreyq Bellami Azərbaycana qarşı oynamayacaq
Buna “Vest Hem” klubunun şərəfini qoruyan hücumçunun zədəsi səbəb olub. Milli komandamızla oyuna hazırlıq üçün yığmanın düşərgəsinə gələn K. Bellami tibbi müayinədən sonra geri qaytarılıb. Baş məşqçi Con Toşak kapitanın qarşıdakı görüşə hazır olmadığını görərək, onu klubuna göndərib. Zədəsini tam sağaltmayan K. Bellami “Vest Hem”də bərpa prosesi keçəcək.
Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında matç sentyabrın 6-da Kardiffin “Millenium” stadionunda olacaq.
0