Azərbaycanla oyun ərəfəsində Uels milli komandasının daha bir hücumçusu sıradan çıxıb
02.09.2008 - 09:51
Azərbaycanla oyun ərəfəsində Uels milli komandasının daha bir hücumçusu sıradan çıxıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sentyabrın 6-da Azərbaycan milli komandası ilə qarşılaşacaq Uels yığmasının daha bir oyunçusu sıradan çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, İngiltərənin “Koventri” klubunun şərəfini qoruyan Freddi İstvud dünya çempionatının seçmə matçlarında iştirak etməyəcək. 25 yaşlı hücumçuya zədə amili mane olub. Yığmada keçirdiyi 10 oyuna 4 qol vuran F. İstvud uelslilərin ikinci ciddi itkisidir. Belə ki, komandanın kapitanı Kreyq Bellami də eyni səbəbdən qarşıdakı görüşdə forma geyinməyəcək. Bununla da, Uels yığmasının heyətində hücumçuların sayı 4-ə çatıb. Baş məşqçi Con Toşak 6 hücumçuya dəvət göndərsə də, bunlardan ikisi yığmamızla oyunu buraxacaq.
0