“İnter” Avropa klublarının reytinq cədvəlində 351-ci pillədədir
02.09.2008 - 14:43
“İnter” Avropa klublarının reytinq cədvəlində 351-ci pillədədir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Avropa futbol klublarının növbəti reytinq cədvəli açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı statistiklərinin hazırladığı siyahıda qitənin 2000-dən çox komandası yer alıb. Cədvələ 2101,27 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. Növbəti sıralara ardıcıllıqla İngiltərə “Çelsi”sı (2093,18) və İtaliya “Milan”ı (2055,78) sahib çıxıb. Azərbaycan klubları arasında ən yaxşı göstərici “İnter”ə məxsusdur. Valentin Xodukinin rəhbərlik etdiyi kollektiv 1704,21 xalla 351-ci pillədədir. Digər komandalarımızdan “Olimpik” 409-cu, “Neftçi” 538-ci, “Xəzər-Lənkəran” isə 638-ci yeri tutub.
0