UEFA: Rusiya - Gürcüstan oyunu Minskdə keçiriləcək
02.09.2008 - 16:23
UEFA: Rusiya - Gürcüstan oyunu Minskdə keçiriləcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Gənclər arasında Avropa çempionatının seçmə mərhələsinin Rusiya - Gürcüstan matçının Belarusda keçiriləcəyi rəsmiləşib. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA Rusiya Futbol İttifaqına göndərdiyi rəsmi məktubda oyunun sentyabrın 5-də Minskdə baş tutacağını təsdiqləyib. Matç Belarus paytaxtının “Traktor” stadionunda keçiriləcək.

Qeyd edək ki, matçın Minskdə keçiriləcəyi bir neçə gün əvvəldən məlum olsa da, UEFA qərarını rəsmən açıqlamamışdı.
0