Raykaard “Milan”a qayıdır
16.09.2008 - 16:35
Raykaard “Milan”a qayıdır
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” klubunun baş məşqçisi Karlo Ançelottinin başının üstünü “qara buludlar” alıb. “APA-Sport”un məlumatına görə, 49 yaşlı italyan mütəxəssisin taleyi qarşıdakı iki oyundan asılıdır. Bunlar UEFA kubokunda “Sürix” (İsveçrə) və İtaliya A seriyasında “Latsio” ilə görüşdür. Ölkə çempionatının ilk iki turunda uduzan “Milan” hətta İsveçrənin “Luqano” klubu ilə keçirdiyi yoxlama oyununda da məğlub olub (0:2).
Ançelotti komanda qarşıdakı iki matçda da uğursuz nəticə göstərəcəyi halda istefaya göndəriləcək. Onun yerinə bir nömrəli namizəd isə keçmiş komanda yoldaşı Frank Raykaard sayılır. Hollandiyalı futbolçu karyerası dövründə Ançelotti ilə elə “Milan”da bir yerdə çıxış edib, Çempionlar Kubokunun qalibi olub. Ötən mövsüm bitəndən sonra “Barselona” ilə yollarını ayıran 46 yaşlı Raykaard hələ ki işsizdir.
0
DİGƏR XƏBƏRLƏR
Loading...