Foqts albaniyalıları suçladı
19.11.2008 - 22:56
Foqts albaniyalıları suçladı
“Nəticənin belə alınmasına və ikinci hissənin sönük keçməsinə albaniyalılar baiskar oldular. Onların fasilədə törətdiyi təxribat ikinci hissəyə birbaşa təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniya ilə yoldaşlıq görüşündən sona keçirilən mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı 1:1 hesabı ilə başa çatan oyunun yalnız birinci hissəsini bəyənib: “Fasilədən sonra matçın tempi aşağı düşdü. Cinahları işlətməyi, eləcə də kombinasiyalar qurmağı bacarmadıq. Bir sözlə, ikinci hissədəki oyunumuzu bəyənmədim”. Foqts hakimlərin idarəçiliyinə münasibət bildirməkdən boyun qaçırıb.

Qeyd edək ki, Azərbaycan - Albaniya qarşılaşmasının 45-ci dəqiqəsində hakim qonaqların futbolçusuna qırmızı vərəqə göstərib. Buna etiraz edən albaniyalılar matçı yarımçıq dayandırmaq istəyiblər. Sonradan onlar fikirlərini dəyişərək, oynamağa razılaşıblar. Nəticədə ikinci hissə 5 dəqiqə gec başlanıb.


0