Rivaldo Azərbaycan çempionuna qarşı oynamayacaq
20.11.2008 - 10:57
Rivaldo Azərbaycan çempionuna qarşı oynamayacaq
Özbəkistan “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, yanvarda Moskvada keçiriləcək yarış “Bunedkor” klubunun baş məşqçisi Artur Zikonun planlarına daxil deyil. 55 yaşlı braziliyalı mütəxəssis həmin vaxt yeni mövsümə başqa yerdə hazırlaşmağı daha məqsədəuyğun sayır. Bununla, azarkeşlərə turnirində Ziko ilə yanaşı, onun komandasında yer alan həmyerlisi, 36 yaslı dünya çempionu Rivaldonu da görmək nəsib olmayacaq. “Bunedkor”un imtinası ilə Özbəkistan Futbol Federasiyası yarışda təmsilçisi ilə bağlı yaxın günlərdə qərarını verməlidir. Ancaq indidən belə demək olar ki, Zikonun komandasını vitse-çempion, ötən il “Birlik kuboku”nun qalibi olan “Paxtakor” əvəzləyəcək. Ardıcıl ikinci il finala çıxan Daşkənd təmsilçisi bu il həlledici görüşdə “Xəzər-Lənkəran”a uduzub – 3:4.
Qeyd edək ki, son Azərbaycan çempionu olan Bakının “İnter” klubunun çıxış edəcəyi turnirdə bunadək Tiflisin “Dinamo” və Borisovun BATE komandaları qatılmaqdan imtina edib. Çempionlar Liqasının qrup mərhələsində iştirak edən BATE-ni Belarus çempionatının bürünc mükafatçısı, gənc futbolçumuz Elmar Xeyirovun yer aldığı Minskin MTZ-RİPO klubu əvəzləyəcək.





0