Beqiri: “Subaşiçlə bir-birimizin ünvanına xoşagəlməz ifadələr işlətdik”
20.11.2008 - 11:38
Beqiri: “Subaşiçlə bir-birimizin ünvanına xoşagəlməz ifadələr işlətdik”
“Mən hakimlə yox, komandanızın hücumçusu Branimir Subaşiçlə mübahisə etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandası ilə yoxlama matçında qırmızı vərəqə alan Elvin Beqiri söyləyib.

Albaniya yığmasının müdafiəçisi həmin epizodu belə dəyərləndirib: “Subaşiçlə bir-birimizin ünvanına xoşagəlməz ifadələr işlətdik. Hakim isə onu söydüyümü düşünərək, məni meydandan qovdu”.

Qeyd edək ki, 45-ci dəqiqədə qırmızı vərəqə alan Beqiri komandasını azlıqda qoysa da, görüşdə qalib müəyyənləşməyib - 1:1.
0