Azərbaycanlı futbolçu dünyasını dəyişdi
20.11.2008 - 13:11
Azərbaycanlı futbolçu dünyasını dəyişdi
Azərbaycan çempionatında çıxış etmiş futbolçu dünyasını dəyişib. Birinci divizionda çıxış edən Neftçalanın “ANŞAD-Petrol” klubunun şərəfini qorumuş 25 yaşlı müdafiəçisi Xaqani Dadaşov xərçəng xəstəliyindən vəfat edib.

Komandanın vitse-prezidenti Vidadi Məmmədov apasport.az saytına açıqlamasında futbolçunun dəfnində iştirak etdiklərini söyləyib: “Xaqani iki ildir komandamızda çıxış etmirdi. Onda əvvəl xoşxassəli şiş aşkar olundu. Bu, boyun nahiyəsində və çiynində idi. Futbolçunun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra şiş bədxassəliyə çevrildi. Həkimlər futbolçunun səhhətində ciddi problemin olduğunu dedi. Komandamızın rəisindən bu məlumat aldıqdan sonra Dadaşovla müqavilə bağlamadıq. Çünki belə vəziyyətdə onun futbol oynaması olmazdı. Xaqaninin qardaşı Zaur da bizdə oynayırdı. Ancaq ailə vəziyyətinə görə Bakıya köçdü və futbolu atdı”.


0