Ərtoğrul Sağlam yenə “Kayserispor”da
20.11.2008 - 13:36
Ərtoğrul Sağlam yenə “Kayserispor”da
Ərtoğrul Sağlam yenidən “Kayserispor” klubunda çalışa bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 39 yaşlı mütəxəssis sabiq komandası ilə geriyə qayıtmaq haqda razılığa gəlib.

“Kayserispor”da çalışdığı vaxt mütəxəssis kimi özünü təsdiqləyib “Beşiktaş”a keçən Sağlamın İstanbul təmsilçisindən istefası kayserililər üçün göydəndüşmə olub. Mütəxəssis də sabiq komandasının son oyunlarından birini tribunadan izləyib.

Sağlam “məşqçisi olan klubla danışıqlar aparmağım düzgün deyil” söyləməklə, “Kayserispor”a dönməsi xəbərini təkzib etsə də, həmkarlarımızın fikrincə, təyinatın rəsmiləşməsi zaman məsələsidir.

Qeyd edək ki, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da Sağlamın rəhbərlik etdiyi “Kayserispor”da çıxış edib.


0