FİFA referisi ölümlə hədələnib
20.11.2008 - 15:36
FİFA referisi ölümlə hədələnib
FİFA referisi Martin Hanssonu ölümlə hədələyiblər. Apasport.az saytının məlumatına görə, bu haqda isveçli hakimin özü açıqlama verib.

“Çempionlar Liqasının oyunundan sonra mobil telefonuma təhdid dolu mesajlar gəldi. Hətta buna görə, nömrəmi dəyişmək məcburiyyətində qaldım. Hakimliyə son verməyi də ciddi düşündüm” - deyə Hansson bildirib.

İsveçli hakim “Liverpul” (İngiltərə) - “Atletiko” (İspaniya) matçının əlavə olunmuş dəqiqələrində qonaqları şübhəli penalti zərbəsi ilə cəzalandırıb. Meydan sahibləri isə bu şansdan yararlanaraq hesabı bərabərləşdiriblər.

Qeyd edək ki, üç il öncə digər isveçli referi Anders Frisk “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) oyunundan sonra aldığı hədələr ucbatından karyerasını başa vurmuşdu.
0