AFFA gecikmənin səbəbini açıqladı
20.11.2008 - 16:02
AFFA gecikmənin səbəbini açıqladı
AFFA rəhbərliyi noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Albaniya yoldaşlıq görüşünün ikinci hissəsinin gec başlanmasının səbəbini açıqlayıb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ikinci hissə qonaqların ucbatından bir neçə dəqiqə gec start götürüb.

“Oyunun 45-ci dəqiqəsində Albaniya yığmasının futbolçusu Elvin Beqiri hakimi təhqir etdiyindən qırımızı vərəqə ilə cəzalandırılaraq, meydandan çıxarıldığı üçün albaniyalı futbolçuları və komandanın məşqçilər korpusu narazı qaldılar. Bu səbəbdən ikinci hissə gec başlandı” - deyə məlumatda bildirilir.
0