Krespo “Real”ı bəyənmədi
20.11.2008 - 18:38
Krespo “Real”ı bəyənmədi
İtaliyanın “İnter” klubunun argentinalı futbolçusu Ernan Krespo Madrid “Real”ının təklifini bəyənməyib. Apasport.az saytının məlumatına görə, buna müqavilə müddətinin qısalığı səbəb olub.
Belə ki, ispaniyalılar Kresponun xidmətindən 6 ay yararlanmaq istəyiblər. Onlar Ernanı zədəli Rud van Nistelroyun əvəzinə yarım illiyə icarəyə götürmək niyyətində olublar. Lakin argentinalı hücumçu “Real”ın təklifi ilə razılaşmayıb.
33 yaşlı futbolçunun meneceri bildirib ki, Krespo daha ciddi dəvətlər gözləyir: “Ernanın “İnter”də işləri qaydasındadır. Yalnız uzunmüddətli təklif alacağı təqdirdə, bu komandadan ayrıla bilər”.
Qeyd edək ki, Krespo karyerasının ən yaxşı dövrünü “Çelsi” və “Latsio” klublarında keçirib.
0