İtə həsr olunan qol
20.11.2008 - 18:47
İtə həsr olunan qol
Almaniya yığmasının hücumçusu Patrik Helmes İngiltərəyə vurduğu qolu itinə həsr edib. Apasport.az saytının məlumatına görə, Berlində keçirilən yoldaşlıq görüşünün 64-cü dəqiqəsində hesabı bərabərləşdirən Helmes qoldan sonra barmağını göyə tutmaqla, ölən itini xatırlayıb. Qızıl retriver cinsindən olan, Emmi adlanan it ötən ayın 25-də 17 ayında dünyasını dəyişib. Patrik görüşdən əvvəl ingilislərə qol vurmağı və bunu ölən itinə həsr etməyi çox istədiyini bəyan edib. Rəqib qapıçısı Skott Karsonun buraxdığı kobud səhv Helmesi arzusuna çatdırıb. İtinin ölümünü çox pis qəbul edən alman futbolçu buna görə bir neçə gün ağladığını deyib.
0