“Olimpik” bombardirini itirdi
21.11.2008 - 10:27
“Olimpik” bombardirini itirdi
Bakının “Olimpik” klubu ən məhsuldar futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, cari mövsüm Premyer Liqada komandasının ən çox qoluna imza atan Junivan Suares birinci dövrəni bitirib. Məşqdə zədələnən 31 yaşlı hücumçu ən yaxşı halda, yeni il ərəfəsində məşqlərə qatıla bilər. Bu isə o deməkdir ki, cari mövsüm 11 oyunda meydanda olduğu 585 dəqiqəyə 3 qol vuran Junivan birinci dövrənin MOİK və “Neftçi” ilə oyunlarında da meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Junivan Azərbaycan Premyer Liqasında keçirdiyi 44 görüşdə 22 qol vurub.

Mənbə: pfl.az
0