Futbolçularımız “Ayntraxt”da məşqlərə başlayır
21.11.2008 - 12:08
Futbolçularımız “Ayntraxt”da məşqlərə başlayır
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) iki futbolçusu Almaniyanın “Ayntraxt” klubunun düşərgəsinə yollanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Emin Mehdiyevlə Andrey Popoviç sabahdan Frankfurt təmsilçisində məşqlərə başlayacaq. Onların komandanın təlim-məşq toplanışında iştirak etməsi nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl AFFA ilə “Ayntraxt” arasında qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunub.
0