Aleks: Quiza istənilən səviyyədə deyil
21.11.2008 - 13:05
Aleks: Quiza istənilən səviyyədə deyil
“Fənərbaxça”nın braziliyalı yarımmüdafiəçisi Aleks de Souza komanda yoldaşı Daniel Quizanın tənqid olunmasını normal qarşılayır. Apasport.az saytının məlumatına görə, Aleks bu ilin yayında İstanbul klubuna böyük ümidlərlə transfer olunmuş Avropa çempionunun son matçlarda uğursuz oynamasının səbəbini açıqlayıb.

“Quiza həlledici məqamda özünü istənilən səviyyədə göstərə bilmir. Bu çətinliklərə güc gəlməyi bacarsa, qıza zaman ərzində uğur qazanacaq” - deyə “sarı-lacivərdlilər”in kapitanı vurğulayıb.

O, həmçinin həmyerlisi Deyvid de Souzanın zədəsini sağaldaraq, yenidən sıraya dönməsindən sevincini gizlətməyib: “Deyvid çox çətin bir dövrü arxada qoydu. Belə uğurlu dönüşü hər futbolçu bacarmır”.
0