Silaqava: Albaniyalı futbolçu rusca məni söyürdü
21.11.2008 - 14:10
Silaqava: Albaniyalı futbolçu rusca məni söyürdü
İki gün əvvəl Tofiq Bəhramov adına stadionunda keçirilən Azərbaycan - Albaniya görüşünün gürcüstanlı hakimi Laşa Silaqava alban futbolçu Elvin Beqirini meydandan qovmasının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Silaqava bunu futbolçunun onu təhqir etməsilə əlaqələndirib: “Həmin futbolçu Ukraynada çıxış edir, oyunun 44-cü dəqiqəsində mənim ünvanıma rus dilində söyüş işlətdi. Bu səbəbdən mən onu meydandan qovdum. Bu qaydanı mən özüm icad etməmişəm. Bütün dünyada hakimlərin ünvanına təhqiramiz ifadələr işlədən oyunçulara “qırmızı vərəqə” verilir”.
Silaqava ona AFFA tərəfindən sifariş verilməsilə bağlı iddiaları cəfəngiyat adlandırıb: “Heç kimdən sifariş almamışam. Yoldaşlıq oyunlarında kim və hansı səbəbə görə sifariş verməlidir?”

mənbə: qol.az
0