Alban futbolçu Azərbaycanla oyunu komediyaya bənzətdi
21.11.2008 - 15:26
Alban futbolçu Azərbaycanla oyunu komediyaya bənzətdi
Noyabrın 19-da Azərbaycan milli komandası ilə qarşılaşan Albaniya yığmasının oyunçuları Bakıda baş verənləri unuda bilmir. Apasport.az saytının məlumatına görə, vətənində müsahibə verən Debatik Kurri iki gün əvvəlki görüşü incəsənət janrlarından birinə bənzədib.

25 yaşlı müdafiəçinin fikrincə, oyun futboldan çox komediyaya yaxın olub. Ukraynanın “Vorskla” klubunda çıxış edən Kurri bunda gürcüstanlı hakim Laşa Silaqavanı günahkar sayır: “Oyunun axarına hakim təsir etdi. Silaqava elə matçın əvvəlindəki səhv qərarı ilə hər şeyi dəyişdi. Gürcü hakim oyundankənar vəziyyətdən qapımıza vurulan qolu hesaba almaqla, qarşılaşmanı komediyaya çevirdi. Hərçənd, həmin epizodda rəqibin hücumçusu müdafiəçimizdən az qala 3 metr qabaqda idi”.

Qeyd edək ki, noyabrın 19-da keçirilən Azərbaycan – Albaniya oyunu 1:1 hesabı ilə nəticələnib. Komandamızdan qolu 4-cü dəqiqədə Branimir Subaşiç vurub.
0