Yığmamızın müdafiəçisi Almaniyada əməliyyat olundu
21.11.2008 - 16:08
Yığmamızın müdafiəçisi Almaniyada əməliyyat olundu
Bakının “İnter” klubunun ukraynalı müdafiəçisi Vladimir Levin Almaniyada cərrahiyyə əməliyyatı olunub. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı milliləşdirilən futbolçunun xidmətindən ən yaxşı halda ikinci dövrədə yararlana biləcəklər: “Levini də əməliyyat olunmaq üçün Almaniyaya yollamağı qərara aldıq. Buna qədər sloveniyalı yarımmüdafiəçi Qoran Arnaut oraya baş çəkmişdi. Vladimirin də əməliyyatı uğurla keçib. Müdafiəçi komandamızın düşərgəsinə qayıtdıqdan sonra bərpa prosesi keçəcək. Levin altı həftədən sonra məşqlərə başlayacaq. Onun ikinci dövrəyə kimi tam sağalacağına inanırıq”.
Qeyd edək ki, Levin ötən ay Finlandiya və Bəhreynlə oyunlara hazırlıq ərəfəsində milli komandamızın təlim-məşq toplanışında dizindən ciddi alıb.
0