“Onlar uydurma yazırlar”
21.11.2008 - 16:33
“Onlar uydurma yazırlar”
Donetskin “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçeskunu Türkiyədə çalışacağı ilə bağlı mətbuatda gedən xəbərlər qəzəbləndirib. Apasport.az saytının məlumatına görə, mediandakı yazılardan təngə gələn rumın mütəxəssis hirsini ukraynalı jurnalistdən çıxıb. Luçeçku ukraynalı həmkarımızın sualına yarımçıq kəsib: “Qurtarın da bu Türkiyə qəzetləri ilə. Orada konkret, həqiqətəuyğun bir şey yoxdur. Artıq neçənci dəfədir mən bu haqda danışıram. Qarşıda Ukrayna çempionatında və Çempionlar Liqasında oyunlarımız var. “Şaxtyor”la 2009-cu ilin iyununa kimi müqaviləm var. Anlaşmanın sonuna kimi üzərimə düşən vəzifəmi yerinə yetirmək fikrindəyəm. Türkiyə qəzetlərinin nə yazdığını isə təhlil etmirəm. Onlar oxunmaq üçün çox şeyi uydururlar”.

Qeyd edək ki, Luçesku “Şaxtyor”a gələnə qədər Türkiyədə “Qalatasaray” və “Beşiktaş” klublarını çalışdırıb.
0