Hakimə sarı vərəqə göstərdi, altı oyun cəzalandı
21.11.2008 - 17:02
Hakimə sarı vərəqə göstərdi, altı oyun cəzalandı
Hakimə sarı vərəqə göstərən futbolçu 6 oyunluq cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, iki həftə əvvəl etdiyi hərəkət Braziliyanın “Botofoqo” klubunun futbolçusu Andre Luis Qarsiaya 6 oyunluq cəza bahasına başa gəlib. Oyunçunu aqresivlikdə günahlandıran Cənubi Amerika Konfederasiyası belə cəzanın verilməsini zəruri sayıb.

Qeyd edək ki, Qarsia Cənubi Amerika kubokunun ¼ final mərhələsinin “Estudiantes”lə (Argentina) cavab matçında hakimə sarı vərəqə göstərib. Buna səbəb “Botofoqo”nun digər oyunçusuna xəbərdarlıq etməli olan ədalət təmsilçisinin səhv edərək Qarsianı ikinci sarı, ardından qırmızı vərəqə ilə cəzalandırması olub.
0