İlqar Quluzadə bir həftəyə ortaq məxrəc tapacaq
21.11.2008 - 17:10
İlqar Quluzadə bir həftəyə ortaq məxrəc tapacaq
“Rəşad Sadıqovun başqa kluba keçidi haqda vaxtı gələndə xəbər tutacaqsınız. Hələlik hansısa yenilik yoxdur və onun “Boluspor”a transferi açıq olaraq qalır”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.
Onun sözlərinə görə, mövsümün sonunadək müqavilə ilə onlara məxsus Sadıqovun başqa komandada çıxış etməsinə əngəl yaratmaq fikrində deyillər. Bununla belə, Quluzadə 26 yaşlı müdafiəçinin transferinə görə Türkiyə “Boluspor”undan istənilən məbləği açıqlamadı: “Bunu mətbuata açıqlamağı məqsədəuyğun saymıram. Rəşadla düşmən deyilik ki... İnşallah, ortaq məxrəcə gələcəyik. Bir həftəyə məsələyə aydınlıq gələcək”.
Qeyd edək ki, Rəşadla maraqlanan “Boluspor” üçün “Neftçi”nin istədiyi məbləği ödəmək problemdir. Maliyyə vəziyyətinin yüksək olmadığını əsas gətirən Türkiyə təmsilçisinin müdafiəçimizin yalnız aylıq məvaciblərini verməyə gücü çatır.
0