Hüseynovdan penalti iddiası
22.11.2008 - 18:52
“Karvan” – “İnter” matçından sonra keçirilən mətbuat konfransında Yevlax klubunun baş məşqçisi Yunis Hüseynov baş hakim Zöhrab Qədiyevi ittiham edib. Apasport.az saytının məlumatına görə, əvvəlcə “İnter”i qələbə münasibətilə təbrik edən Hüseynov oyunun ağır keçəcəyini gözlədiklərini bildirib: “Hakim görüşü bərbad vəziyyətdə idarə elədi. O, rəqib qapısına iki penalti təyin etməli idi”
“İnter”in baş məşqçisi Valentin Xodukin bu oyuna ciddi hazırlaşdıqlarını və Yevlaxdan istədikləri nəticəylə döndüklərini bildirib. Xodukin qələbə münasibətiylə komandasını təbrik edib
mənbə: qol.az
“İnter”in baş məşqçisi Valentin Xodukin bu oyuna ciddi hazırlaşdıqlarını və Yevlaxdan istədikləri nəticəylə döndüklərini bildirib. Xodukin qələbə münasibətiylə komandasını təbrik edib
mənbə: qol.az
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0