Azərbaycan çempionunun futbolçusu “Arsenal”da oynaya bilər
24.11.2008 - 10:00
Valentin Belkeviç Bakının “İnter” klubunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin karyerasını yenidən Ukrayna çempionatında davam etdirmək variantı var.
Ukrayna mətbuatı uzun illər Kiyev “Dinamo”suna xidmət etmiş Belkeviçin yaxın zamanda “Arsenal”a keçəcəyini müzakirə edir. Kiyev təmsilçisi ilə yanaşı, digər Ukrayna klubu “Lvov” da belaruslu pleymeykerə elçi düşüb. Lakin “Dinamo”nun daha bir sabiq ulduzu Sergey Fyodorovu da heyətinə qatmaq istəyən lvovluların birdən-birə iki bahalı oyunçunu cəlb edəcəyinə heç Ukraynada da inanmırlar.
Qeyd edək ki, cari mövsüm cəmi 5 matçda 336 dəqiqə meydanda olan Belkeviçlə yanaşı, heyətə düşməkdə çətinlik çəkən digər oyun qurucusu Mahmud Qurbanovun da komandadan ayrılacağı gözlənilir.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0